Modern.az

Psixoloqlar Milli Orduya cəlb olunacaq

Psixoloqlar Milli Orduya cəlb olunacaq

22 Aprel 2013, 13:22

 Azərbaycan Silahlı Qüvvələrinin hərbi psixoloqlarla komplektləşdirilməsi həyata keçiriləcək. Modern.az  “apa”ya istinadən bildirir ki, orduya hərbi psixoloqların hazırlanması üçün Müdafiə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə müraciət olunub. Hazırda Silahlı Qüvvələrin strukturunda hərbi psixoloq ştatları vakant yer olaraq qalır.

Hərbi psixoloqların Azərbaycan Ali Hərbi Məktəbində hazırlanması təklif olunub. Eyni zamanda mülki məktəbləri bitirmiş psixoloqların müəyyən kurs keçməklə ordudakı vakant vəzifələrə qəbulu həyata keçiriləcək.

Qeyd edək ki, bu yaxınlarda Daxili Qoşunlar hərbi psixoloq vəzifəsinə işə qəbul elan edib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal