Modern.az

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

22 Aprel 2013, 16:13

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytına açıqlamasında bildirib ki, parlamentin növbəti iclası aprelin 30-da keçiriləcək. Növbəti iclasın gündəliyinə 16 məsələ daxil edilib.

Gündəliyə çıxarılacaq məsələlər bunlardır.

Milli Məclisin Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qanuna dəyişiklik edilməsi,

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi, Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında qanuna dəyişiklik edilməsi,

Seçki Məcəlləsində dəyişiklik,

Cinayət Məcəlləsinə dəyişiklik,

İnzibati Xətalar Məcələsində dəyişiklik,

“Müəllif hüququi və əlaqəli hüquqlar haqqında” qanunda dəyişiklik edilməsi,

“Nəşriyyat işi haqqında” qanunda dəyişiklik edilməsi,

“Azərbaycan folklor nümunələrinin qorunması haqqında” qanuna dəyişiklik,

“Məlumat toplularının hüquqi qorunması haqqında” qanuna dəyişiklik,

“Korrupsiya qarşı mübarizə haqqında” qanuna dəyişiklik,

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik,

“Bələdiyyələrin ərazi və torpaq haqqında qanuna əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi,

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası qanuni layihəsi.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal