Modern.az

Azercell Twitter-ə girişi pulsuz etdi

Azercell Twitter-ə girişi pulsuz etdi

22 Aprel 2013, 16:49


Azercell Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə dünyanın ən populyar sosial şəbəkələrindən biri – Twitter-dən pulsuz istifadə imkanı yaradır. Yeni kampaniya 19 aprel – 19 oktyabr 2013-cü il tarixləri arasında Twitter şəbəkəsindən istifadə edən Azercell abunəçiləri üçün nəzərdə tutulub. Kampaniya dövründə heç bir şərt və ya qayda olmadan mobil telefon vasitəsilə Twitter-dən pulsuz  istifadə etmək mümkündür.

Kampaniyada istisnasız olaraq bütün Azercell abunəçiləri iştirak edə bilər. Qoşulmaq üçün sadəcə mobil telefondan mobile.twitter.com  ünvanına daxil olmaq kifayətdir. Azercell-lilər sosial şəbəkədə olduqları vaxt istədikləri qədər yazışacaq, tvit göndərəcək, xəbərləri izləyəcək, yeni dostlar tapacaq, şəxsi seçimlərə və maraq sahələrinə uyğun operativ məlumatlar əldə edə biləcəklər. Bir sözlə, Pulsuz Twitter kampaniyası şəbəkənin bütün funksiyalarından pulsuz yararlanmağa imkan verir.

Bir müddət əvvəl Azercell Telekom öz abunəçilərinə Facebook-dan pulsuz istifadə imkanı vermişdi. İndi isə Azercell hər kəsə Twitter vasitəsilə dostlarla daha sıx ünsiyyətdə olmaq şansını verir.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal