Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutacaq “Bayern” Münhen “Barselona” oyunu öncəsi Messinin meydana çıxacağı hələ də sual altındadır. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, argentinalı forvard Almaniyaya aparılıb, komandanın son məşqlərində iştirak edib, lakin “Bayern”lə oyunda oynayıb-oynamayacağı ilə bağlı qərar qəbul edilməyib.
Xatırladaq ki, Karles Puyol və Xavyer Maskerano “Bayern”lə oyunda iştirak edə bilməyəcək.
Modern.az