Modern.az

Bizi tənqid etmək üçün əsaslı arqumentlər var - NAZİR

Bizi tənqid etmək üçün əsaslı arqumentlər var - NAZİR

Təhsil

5 Noyabr 2022, 10:46

Təhsil sisteminin və siyasətinin mahiyyəti barədə cəmiyyətimizdə məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Təhsildə yeni çağırışlar” mövzusunda III beynəlxalq forumda çıxışı zamanı söyləyib.

 

Nazir bildirib ki, müqayisə edilə bilən və dinamikanı göstərə bilən indikatorlara fokuslanmaq lazımdır.

 

"Təhsildə elmilik olmalıdır, amma onun da meyarı var. Əgər mən təhsilimizi tənqid etmək istəsəm, beynəlxalq qiymətləndirmə meyarlarına baxardım. Orada bizi tənqid etmək üçün daha əsaslı arqumentlər var", - deyə E.Əmrullayev vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal