Modern.az

Xızıda yük maşını aşdı: ölən var

Xızıda yük maşını aşdı: ölən var

Təhsil

27 Aprel 2013, 15:07

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonu, Tıxlı kəndində “Shacman” markalı yük avtomobili dərəyə yuvarlanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, sürücü xəsarət almış, sərnişin 1932-cu il təvəllüdlü Quliyev Əfsər Məhərrəm oğlu hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət almış şəxsi və Ə.Quliyevin cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 11:20-də başa çaıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal