İtaliya Prezidenti Ciorcio Napolitano iki gün əvvəl hökuməti formalaşdırmaq tapşırığı verdiyi Enriko Lettadan Nazirlər Kabinetinin siyahısını qəbul edib.
Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə,prezident tərəfindən İtaliyanın yeni Baş naziri vəzifəsinə namizədliyi irəli sürülmüş, Demokrat Partiyasıdan (DP) olan Lettanın təqdim etdiyi siyahıya sol-mərkəzçi DP, sağ-mərkəzçi Azad Xalq Partiyası, Mario Montinin mərkəz hərəkatı və digərləri daxildir.
Nazirlər Kabinetinin yeni üzvləri Napolitanonun qarşısında and içəcəklər.
Modern.az