Xalq artisti Nazpəri Dostəliyevaya daha bir telekanal qadağa qoydu. “Qafqazinfo”ya daxil olan məlumata görə, Lider telekanalının da rəhbərliyi tərəfindən də xanım Dostəliyevaya efir qadağası qoyulub. Buna səbəb müğənninin İlhamə Quliyeva ilə qarşıdurması və İsa Qəmbərin oğlunun toyunda iştirakı olub.
Xatırladaq ki, Space və AzTV-nin də N. Dostəliyevaya qadağa qoyması ilə bağlı məlumatlar yayılıb.
Modern.az