Modern.az

Qarabağda 197 yeni təhsil müəssisəsi tikiləcək

Qarabağda 197 yeni təhsil müəssisəsi tikiləcək

17 Noyabr 2022, 17:29

İşğaldan azad edilmiş ərazilərdə tikintisi, bərpası nəzərdə tutulan məktəbəqədər və ümumi təhsil müəssisələrinin sayı açıqlanıb.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramında bildirilib.

 

Proqrama əsasən Tərtər rayonunda 5, Kəlbəcər rayonunda 30, Ağdam rayonunda 29, Laçın rayonunda 21, Xocavənd rayonunda 20, Şuşa rayonunda 7, Füzuli rayonunda 23, Qubadlı rayonunda 16, əbrayıl rayonunda 25, Zəngilan rayonunda 21 təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi