Modern.az

Rusiyada təhsil alan tələbələrimizin SAYI

Rusiyada təhsil alan tələbələrimizin SAYI

Təhsil

18 Noyabr 2022, 13:04

“Mədəni-humanitar əlaqələrə ənənəvi olaraq xüsusi əhəmiyyət veririk. Siz dediyiniz kimi, diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik”.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyev ilə geniş tərkibdə görüş zamanı deyib.

 

O qeyd edib ki, bu mühüm hadisəyə həsr edilmiş təntənəli silsilə tədbirlər keçirilib:

 

“Gələn il isə biz görkəmli sovet və Azərbaycan dövlət xadimi, Sizin atanız Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik.

Biz dünən də qeyd etdik ki, Bakıda bizim institutların – Moskva Dövlət Universitetinin, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Rusiyada da Azərbaycandan olan on bir mindən çox tələbə təhsil alır. İnsanlar arasında birbaşa əlaqələrin bu cür inkişafı, zəngin tarix, mədəniyyət və ənənələrlə tanışlıq bizim qarşılıqlı münasibətlərimizi möhkəmləndirəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu