İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 200-dək müasir məktəbin tikilməsi planlaşdırılıb.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin davam etdirildiyini və müasir standartlara uyğun məktəblərin tikildiyini bildirib.
O, Şuşa, Laçın, Füzuli, Suqovuşan qəsəbəsi, Cəbrayıl, Zəngilan və Kəlbəcərdə məktəblərin tikiləcəyini vurğulayıb.