Modern.az

Avropa təmsilçiləri Bakıda təftiş apardılar

Avropa təmsilçiləri Bakıda təftiş apardılar

30 Aprel 2013, 15:56

Bakı–2015 Avropa Oyunlarının AOK Koorindansiya Komissiyasının birinci görüşünün sona çatması münasibətilə mətbuat konfransı təşkil olunub. Modern.az xəbər verir ki, tədbiri açan gənclər və idman naziri Azad Rəhimov çıxış edib bildirib ki, bu tarixi əhəmiyyətli tədbir olub. “İki gün ərzində koordinasiya üzvlərinin iştirakı ilə iclas keçirilib. Koordinasiya üzvləri Bakıda keçiriləcək 2015-ci Avropa Oyunları ilə bağlı tikilən müxtəlif obyektlərdə, o cümlədən Olimpiya kəndində olublar. Orada idmançılarımızın qalacağı yer və hazır olan bir mənzillə tanış olublar və hətta bildiriblər ki, əgər idmançılar buranı görsələr buradan getmək istəməyəcəklər”.
Daha sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki çıxış edib və bildirib ki, Azərbaycana artıq 5-ci səfərləridir.

“Azərbaycana hər dəfə gələndə burada inkişaf səviyyəsinə heyran oluram. Qarşımızda ciddi iş dayanır. Cənab nazirin də qeyd etdiyi kimi bir sıra işlər görülüb. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir. Bu çox yaxşı hadisədir ki, cənab prezident İlham Əliyev eyni zamanda Milli Olimpiya Komitəsinin sədridir. Biz dünən Prezident və Birinci xanımla görüşdük. Belə komanda ilə işləmək çox şərəflidir. Mehriban Əliyeva eyni zamanda Gimnastika Federasiyasının prezidentidir, kifayət qədər idmanı sevir. Bütün komanda çox yaxşı iş abı-havası ilə işləyir”.
Koordinasiya komissiyasının sədri və Yunan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos da vurğulayıb ki, iki gün çox məhsuldar gün olub, işgüzar görüşlər keçirilib. “Gördüyümüz işlər bizi çox həvəsləndirdi. Bizi ilk dəfə ruhlandıran prezidentin, birinci xanımın burada iştirakı, onların verdiyi töhfədir. 2015-ci ilin iyununda ilk Avropa Oyunları Bakıda keçiriləcək. İki illik müddət çox qısadır, görüləcək bir çox işlər var. İki il ərzində idmançıların üzərində əsas nəzər olacaq. Çünki burada Avropanın əsas idmançıları iştirak edəcək. Olimpiya kəndinə getmişdik, çox yaxşı yaşayış şəraiti təmin olunub”.

“Biz İlk Avropa Oyunlarının keçrilməsi ilə bağlı görülən işlərdən razıyıq. əməliyyat strukturu ilə bağlı görülən işlərdən birinci səfərimiz zamanı çox təsirləndik”. Modern.az xəbər verir ki, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hik deyib. O qeyd edib ki, hazırlıq işlərinin görülməsi baxımından iki il qısa zamandır. “Əslində bu 7 il olur. Bu otaqda olan hər kəs əlindən gələni əsirgəmir ki, qısa vaxt ərzində nəticəyə nail olacaq. Biz çalışmırıq ki, Dünya Olimpiya Oyunlarının oxşarı olaq. Bir daha qeyd edirəm ki, birinci Avropa Oyunlarına ev sahibliyi etməsi bir bəxtəvərlikdir. Bununla bağlı son illər görülən işlər diqqətə layiqdir. Artıq 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etmək üçün müraciət etmək istəyənlər var”.
Juranlistlərin suallarını cavablandıran Koordinasiya Komissiyasının sədri və Yunan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos da ilk Avropa Oyunları ilə bağlı tikilən obyektlərdən razı qaldığını bildirib. “Bu obyektlərin çoxu Olimpiya kəndinə yaxındır. Artıq bəzi obyektlərin tamamlanması, təmiri ilə bağlı hər hansı problem olacağını düşünmürəm. Yeni tikilən obyektlər isə test olacaq, sınaqdan keçəcək, ondan sonra istifadəyə veriləcək. Ona görə də çalışacağıq ki, obyektlərin test olunub, təhvil verilməsinə də vaxt qalsın. Vaxta gəlincə isə biz cədvəl üzrə hərəkət edir və yubanmırıq”.
Avropa Oyunlarında hansı dövlətlərin iştirakına gəlincə isə Patrik Hiki bildirib ki, Avropa Olimpiya Komitəsinin üzvi olan 49 dövlətin hamısı burada iştirak edəcək. “Düşünmürəm ki, onlar hansısa səbəbə görə bura gəlməsinlər”.
İlk Avropa Oyunlarının məhz Bakıda keçirilməsi səbəbini isə o belə izah edib: “Realistik olursaq ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Bakı üçün perspektiv baxımından fürsətin qazanılmasıdır”.

Aytən Əliyev

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal