Ötən gecə UEFA Çempionlar Liqasında keçirilən yarımfinalın bir cavab oyunundan sonra ilk finalçı məlum olub.
Modern.az-ın məlumatına görə, Madridin “Real” klubu Dortmund “Borussiya”sını qəbul edib. Bu komandalar arasında ilk görüş Almaniya təmsilçisi “Borussiya”nın 4:1 hesablı qələbəsi ilə başa çatmışdı. Ona görə də, finala çıxmaq şansı qonaqların tərəfində idi. Madridlilər isə finala çıxmaq üçün rəqib qapısına ən azı üç cavabsız top vurmalı idi. Lakin Joze Mourinyonun komandası yalnız 2 cavabsız top vura bilib. Nəticədə "Borussiya" 0:2 hesabı ilə uduzmağına baxmayaraq, iki oyunun nəticəsinə görə finala çıxıb.
Bu gecə “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) oyunundan sonra ikinci finalçı da məlum olacaq. Bu komandalar araslnda ilk oyun 4:0 hesabı ilə “Bavariya”nın xeyrinə nəticələnmişdi.
Modern.az