Modern.az

Milli Ordunun əsgəri yaralandı

Milli Ordunun əsgəri yaralandı

1 May 2013, 12:54

Azərbaycan Ordusunda insident olub.  APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Tərtərdə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Vüsal Rövşən oğlu Cəbiyev tabeliyində olan silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.

V. Cəbiyev Bakının Nizami rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal