Modern.az

Hafiz Hacıyev partiyasının qadınlarına xüsusi tapşırıqlar verdi

Hafiz Hacıyev partiyasının qadınlarına xüsusi tapşırıqlar verdi

1 May 2013, 13:09

Bu gün Muasir Musavat Partiyasının mərkəzi ofisində partiya sədri Hafiz Hacıyev fəal qadın və gənclərlə görüş keçirib.
Partiyadan Modern.az-a verilən məlumata görə, sırf seçki ilə əlaqəli baş tutan bu görüşdə partiyanın rayon təşkilatlarının gənclər və qadınlar təşkilatının sədrləri, bitərəf gənc və qadın fəallar, tələbələr və müəllimlər iştirak edib. 
Görüşdə ilk öncə ölkədə və dünyada baş verən ictimai-siyasi vəziyyət, seçki ilində gənclərin və qadınların vəzifələri müzakirə olunub.
MMP sədri Hafiz Hacıyev bu seçkinin digər seçkilərdən fərqini izah edib. Getdikcə demokratiyaya inteqrasiyanın insanların seçkiyə də münasibətini dəyişdiyini deyən partiya sədri xüsusən gənclərə böyük ümid bəslədiyini deyib. Hafiz Hacıyev ölkədə fəaliyyət göstərən bəzi partiyaların monopolist mövqeyindən və gənclərin bu yalançı vədlərə uymamalarından danışıb. Partiya sədri: ”Baxın onların uğur hesab etdikləri bir fakt var. 20 il müxalifətdə qalmaları. Gəlin görək özünü 20 ildə strukturlaşmış partiya hesab edən bu qurumlar bu illər ərzində hansı nailiyyətlər əldə ediblər? Nailiyyətləri müxalifət düşərgəsində monopoliya yaratmaqdır. Bəli... Müxalifət də bəzi monaoolist məmurlar kimi siyasıtdə monopoliya yaradıblar. Demokratik quruluş arzulayan və tələb edən zümrələr əvvəlcə oz əməllərində bunu sərgiləməlidirlər ki, doğurdan da onlar demokratdırlar və tələb etməyə haqları çatır. Ancaq mən bu gün Azərbaycanda biznes maraqlarından başqa bir şey güdməyən satqın müxalifətin mövcud olduğunu iddia edirəm və əsasən də gənç nəslin bu yalançı siyasətbazlardan uzaq olmasını tövsiyə edirəm”.
Hafiz Hacıyev Siyasi partiyaların güç göstəricisinin seçkilər olduğunu qeyd edib: ”Yalnız seçkilərdə müəyyən etmək olar ki, kim hansı gücə malikdir? Biz bu söylədiklərimi nəzərə alıb, iddia olunan güc qoymalıyıq ortalığa”. 
Görüşdə partiya sədri MMP-də təmsil olunan qadınlara da öz tövsiyələrini bildirib. Qadınların probləri haqda fikir mübadiləsi aparılıb . Partiya sədri toplantı iştirakçılarının suallarını cavablandırıb. Sonda təşkilatn sədrlərinə xüsusi tapşırıqlqr verilib.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...