“Təəssüf ki, Müsavat Partiyasının qurultayı ilə bağlı hər hansı bir yenilik yoxdur”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı partiyanın ali tədbirinin vaxtı ilə bağlı danışarkən deyib. Müsavat rəsmisi bildirib ki, hakimiyyət qurultayın keçirilməsi üçün yer vermək niyyətində deyil.
“Qurultayla bağlı bütün fəaliyyət yekunlaşıb. Müsavat Partiyasından asılı olan işlər görülüb. Sadəcə olaraq hakimiyyət Müsavat Partiyasının qurultayının keçirilməsi üçün yer ayırmır”-deyə o, vurğulayıb.