Modern.az

Bu il 353 gənc xaricdə təhsil hüququ qazanıb

Bu il 353 gənc xaricdə təhsil hüququ qazanıb

Təhsil

25 Noyabr 2022, 15:22

Xaricdə Təhsil üzrə Dövlət Proqramı icra olunur. Bu il artıq 353 nəfər təqaüd qazanıb və onlar dünyanın ən nüfuzlu ali məktəblərində təhsillərini davam etdirmək imkanı qazanıblar.
 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 25-də keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, 207 nəfər isə doktorantura pilləsi üzrə təhsil alır.
 

Nazir bildirib ki, noyabr ayının əvvəlində dövlət proqramına qeydiyyat başlayıb: “May ayında proqramı elan etdik. Yalnız siyahıda olan universitetlərə təqaüd verməyi planlaşdırırıq. Ümumiyyətlə 186 universitet üzrə 4126 yeni proqram xaricdə təhsil Dövlət Proqramını əhatə edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi