Məktəblərdə tənəffüs vaxtı uzadılır?

Məktəblərdə tənəffüs vaxtı uzadılır?

Təhsi̇l

25 Noyabr 2022, 16:02

Tənəffüs vaxtlarının müəyyənləşdirilməsi məktəblərin ixtiyarına buraxılmalıdır.

 

Modern.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

 

"Hesab edirəm ki, bu məsələdə məktəb və valideynlərin iştirakı ilə qərar qəbul edilməlidir. Buna etirazımız yoxdur. Tənəffüslərin qısa olması isə ikinövbəli məktəblərdə şagirdlərin məktəbdə qalma müddətinin uzanması ilə bağlıdır. Çünki tənəffüs müddəti uzadılsa, avtomatik olaraq, ikinci növbədə oxuyan şagirdlər evə daha gec saatda gedəcəklər", - nazir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
DTX-nin “Naxçıvan əməliyyatı”: 144 milyon daha kimləri “aparacaq”?