Modern.az

Əməkdar mədəniyyət işçilərinə professor adı verilməyəcək

Əməkdar mədəniyyət işçilərinə professor adı verilməyəcək

26 Noyabr 2022, 17:41

Prezident İlham Əliyevin “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, dəyişikliyə əsasən, Əməkdar mədəniyyət işçilərinə dosent və professor adı verilməyəcək.

 

Fərmana əsasən, dosent və professor elmi adı verilməsi üçün iddiaçılar arasından əməkdar mədəniyyət işçilərinin adı çıxarılıb.

 

İndiyə qədər dosent elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilirdi:

 

- iddiaçının azı üç il elmi-pedaqoji iş stajı olmalıydı;

- iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməliydi;

- iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi yüz min işarədən az olmamalı) təqdim etməliydi;

- iddiaçı müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı, yaxud onları hazırlamalıydı və s.

Professor elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilirdi:

- iddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;

- iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməliydi və s. tələblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?