Misir Mərdanovla Emin Əmrullayevin ilk görüşü - FOTOLAR

Misir Mərdanovla Emin Əmrullayevin ilk görüşü - FOTOLAR

Təhsil

28 Noyabr 2022, 13:12

Riyaziyyat və Mexanika institutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanovla elm və təhsil naziri Emin Əmrullayev arasında görüş olub.

 

Modern.az xəbər ki, bu barədə M.Mərdanov sosial şəbəkə hesabında paylaşım edib.

 

“Riyaziyyat və Mexanika İnstitutunda elm və təhsil naziri Emin Əmrullayev və Təhsildə Keyfiyyət Agentliyinin rəhbəri Ülkər Səttarova ilə görüşdüm. Görüş zamanı nazir ilə institutun hazırkı vəziyyətini və perspektivlərini müzakirə etdik. Elm və təhsil naziri ilə ilk görüşümüz uğurlu oldu, görüşdən razı qaldım.

 

Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı”na əsasən, Riyaziyyat və Mexanika İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib”, - paylaşımda deyilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir