Modern.az

MTRŞ-da telekanal rəhbərləri ilə görüş olacaq

MTRŞ-da telekanal rəhbərləri ilə görüş olacaq

2 May 2013, 12:49

“Bu gün ölkəmizdə çəkilən seriallar bizi qane etmir. Bu seriallarda bayağılıq, eyni süjetlilik var”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O qeyd edib ki, bununla bağlı olaraq sabah MTRŞ-da bütün televiziyaların rəhbərləri ilə görüş olacaq. “Bu görüşdə geniş müzakirələr olacaq. Sonra Bədii Şura haqqında danışılacaq. Artıq bütün televiziyalarda Bədii Şura yaradılmasına başlanılıb”.
MTRŞ sədri qeyd edib ki, bu gün televiziyalarda milli-mənəvi dəyərlərin pozulması ilə bağlı məsələdə gündəmdədir. “Bəzən radiolarda başqa dillərdən istifadəyə yol verilir. Azərbaycan dili dünyanın ən zəngin dillərindəndir. Öz dilimizdən istifadəyə etməyənlər ana dilini tam bilməyənlərdir”.
N. Məhərrəmli bununla bağlı cərimə olunmasına münasibətində bildirib: “Bu gün biz daha azad formada inkişaf edirik. Bu cərimələr insanları qorxutmalı deyil. Onları bu addımı atmağa çağırmaq lazımdır”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...