Modern.az

Nalbandyan Azərbaycana gəlib

Nalbandyan Azərbaycana gəlib

2 May 2013, 14:53

Bu gün Ermənistanın Xarici İşlər Naziri qondarma Dağlıq Qarabağ Respublikasına səfər edib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, düşmən ölkənin xarici siyasət idarəsinin rəhbəri Xankəndində “Dağlıq Qarabağ Respublikası” nın “xarici işlər naziri” Karen Mirzoyanla görüşüb. Görüşdə Qarabağ münaqişəsi də müzakirə olunub. Bununla yanaşı Ermənistanla qondarma qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə də toxunulub. Məlumatı separatçı qurumun “Xarici İşlər Nazirliyi”nin mətbuat xidməti yayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...