Modern.az

ADP Milli Şuraya qatılacaqmı? - MÖVQE

ADP Milli Şuraya qatılacaqmı? - MÖVQE

2 May 2013, 14:58

“ADP Milli Şurada iştiraka dair təklifi müzakirə etməyə hazırdır”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Şura ilə bağlı təklifləri dəyərləndirərkən bildirib. Onun sözlərinə görə, hələlik məsələ barədə partiyalarına heç bir müraciət daxil olmayıb.

Partiya sədri indidən dəqiq bir rəy verməyi də tez bildiyini deyib.

“Təklif olmadığına görə bir şey deyə bilmərəm. Qoy hələ görək kim nə təklif verir. Bundan sonra partiyada bunu müzakirəyə çıxarıb qərar vermək olar”.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...