Modern.az

Şagirdlərin \"soyuqdan donuruq\" dedikləri məktəbə istilik verildi - YENİLƏNİB

Şagirdlərin \

1 Dekabr 2022, 15:18

Sabirabad rayonu Kolar kənd tam orta məktəbində istilik bərpa olunub.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

 

*****

15:14

 

Elm və Təhsil Nazirliyi Sabirabad rayonu Kolar kənd tam orta məktəbindəki istilik problemilə bağlı açıqlama verib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-a bildirib ki, məktəbin istilik sistemi dizel qazanxana ilə işləyir.

 

"Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar təmir işləri aparır və ən geci sabah məktəbdə istilik bərpa olunacaq", - nazirlik rəsmisi bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir