Modern.az

Hökumətdən Azərbaycanın yoxsul ailələrinə hədiyyə

Hökumətdən Azərbaycanın yoxsul ailələrinə hədiyyə

4 May 2013, 12:26


“Yoxsul ailələr üçün dekoderlər veriləcək”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. O qeyd edib ki, hazırda bununla bağlı iş gedir.
“Azərbaycan hökuməti və dövləti insanları yaxşı başa düşür. Yoxsul ailələr üçün dekoderlər veriləcək. Bununla bağlı işlər gedir. Tezliklə bu işlər yekunlaşacaq”.

Qeyd edək ki, bu ilin sonuna kimi Azərbaycanda analoq yayımın dayandırılacaq və rəqəmsal formata keçiriləcək. Evlərdəki televizorların rəqəmsal yayıma qoşulması üçün isə dekoder cihazı gərək olacaq.  

Aytən ƏLİYEVA
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...