Modern.az

Təhsil naziri diplomların tanınması məsələsindən danışdı

Təhsil naziri diplomların tanınması məsələsindən danışdı

4 May 2013, 12:54

“Azərbaycan Respublikasının təsdiq olunmuş “2020 – Gələcəyə baxış konsepsiyası” var və Təhsil Nazirliyinin bütün işləri bu sənəd çərçivəsində həyata keçiriləcək”.
Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. O, xaricdə təhsil alanların diplomlarının tanınması məsələsinə də toxunub və bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün prosedurlar həyata keçiriləcək.
“Təhsil sahəsində, o cümlədən diplomların tanınması sahəsində qanunun tələbləri ali tutulacaq”.

Mikayıl Cabbarov deyib ki, artıq göndərilən suallar nazirlik tərəfindən yazılı şəkildə cavablandırılır.

“Hər bir kəsin təhsil sahəsində olan məsələlər barədə məlumat əldə etmək hüququ var. Son iki həftə ərzində əhalinin təhsil sahəsinə olan marağını və haqqını tanıyaraq, Kütləvi İnformasiya Vasitələrinin sorğularını cavablandırırıq”.

Aytən Əliyeva
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...