Modern.az

Azərbaycanda növbəti sınaq imtahanı keçirilib

Azərbaycanda növbəti sınaq imtahanı keçirilib

5 May 2013, 10:06

Azərbaycanda növbəti sınaq imtahanları keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, sınaq imtahanları Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Şamaxı, Şəki, Qax, Tərtər, Zərdab, Ağsu, Füzuli, Sabirabad, Neftçala, Astara, Lerik, Gəncə, Goranboy, Göygöl, Qazax, Lənkəran, Ağcabədi, Quba, Şirvan və Göyçay şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonları da daxil olmaqla respublikanın 31 şəhər və rayonunda  keçirilir.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb. Qeydiyyatdan keçən 39366 abituriyentdən 19371 nəfəri oğlan, 19995 nəfəri isə qızdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...