
“Azərbaycan kimi bəzi ölkələrdə sionistlər geniş fəaliyyət göstərirlər və İranla Azərbaycan Respublikasının münasibətlərini pozmağa çalışırlar”.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bunu Təbriz Azad Universitetində çıxışı zamanı İranda prezidentliyə namizəd Kamran Baqiri Lənkərani deyib. Onun sözlərinə görə qarşıdakı prezident seçkiləri siyasi çeviklik və ümid əsasında olmalıdır. Paydari Cəbhəsinin namizədi İran-Azərbaycan münasibətləri barədə tələbələrin suallarını cavablandırarkən qeyd edib:
“Bizim üçün xarici siyasətdə prioritet 16 qonşu ölkə ilə normal rəftar etməkdir. Bundan başqa, digər ölkələrlə də milli maraqlarımız və siyasət prinsiplərimiz əsasında rəftar etmək prioritetdir”-deyə vurğulayıb.
Xatırladaq ki, bir müddət öncə İranda prezidentliyə digər namizəd Purməhəmmədi də çıxışında ölkəsi ilə Azərbaycan arasında münasibətlərə toxunub.
Aqşin Kərimov