Modern.az

DYP: “Ölkədə velosiped sürən çox azdır”

DYP: “Ölkədə velosiped sürən çox azdır”

7 May 2013, 10:40

Mayın 1-də “Tur de Azərbaycan” velosiped yarışmasının başlaması ilə əlaqədar olaraq günün birinci yarısında Heydər Əliyev prospekti və şəhərin digər küçələrində hərəkət məhdudlaşdırılması  əhali arasında böyük narazılığa səbəb olmuşdu.

Dünya təcrübəsində olduğu kimi bizdə də velo yolların salınması məsələsi gündəmdə olmasa da velotur bunun vacibliyini göstərdi.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin  Modern.az-a bildirtib ki, ayrıca yolların olmaması velosiped sürənlərin sayının azlığı ilə əlaqədardır. “O yol velosipedçilər üçün nəzərdə tutulmuş yol olur və orada yalnız  velosipedlərini idarə də bilərlər. ona görə də yol baxımından orada elə bir təhlükənin olması demək olar ki mümkünsüzdür. Velosiped zolağı nisbətən ensiz yol olur. Amma o da gərək ölkədə velosiped sürənlərin sayı o həddə çatın ki, onlar üçün zolaq ayrılsın, əlavə yol inşa olunsun. Mövcud zamanda velosiped sürənlərin sayı o qədər də çox deyil ki, onlara əlavə yol ayrılsın”.

Şahanə RƏHİMLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...