“Biz anamızın harada saxlandığını bilmədiyimiz üçün İrana da gedə bilmirik". Bunu Modern.az-a İranda həbs olunan AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalidin oğlu Xalid Məmmədli bildirib. İran prokurorluğunun verdiyi məlumatdan xəbərdar olan Xalidin sözlərinə görə, yalnız Azərbaycanın Təbrizdəki konsulluğu ilə əlaqə saxlayıb maraqlanan bilirlər.
“Hələ ki, heç bir yenilik yoxdur. Biz özümüzdə prosesi yalnız konsulluqla əlaqə saxlamaqla öyrənməyə çalışırıq. Anamın və sürücüsünün harada saxlandığını bilmədiyimiz üçün İrana da gedə bilmirik. İranın Baş Prokurorluğunun yaydığı məlumatdan da xəbərdaram. Bu adamları İran tərəfi əvvəl axır buraxmalıdırlar”-deyə Xalid Məmmədli qeyd edib.
Şəhanə Rəhimli