Modern.az

İranda həbs olunan alimin övladından təkzib: “Anam buraxılmayıb”

İranda həbs olunan alimin övladından təkzib: “Anam buraxılmayıb”

Təhsil

7 May 2013, 14:15

“Anamın buraxılması xəbəri yalandır”. Bunu Modern.az-a İranda həbs olunan AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalidin oğlu Xalid Məmmədli bildirib. O, qeyd edib ki, hazırda Azərbaycanın İrandakı Konsulluğu ilə əlaqə saxlayıb və ona bildirilib ki, İran tərəfi ilə danışıqlar getsə də, hələki sorğulara konkret cavab verilməyib.

Qeyd edək ki, bu gün bir sıra KİV İranda həbs edilən Xalidə Xalidə və Şamxal Hüseynovun həbsdən buraxılması və Azərbaycan Respublikasının Təbrizdəki konsulluğuna təhvil verməsi barədə xəbər yayıblar.

Şahanə RƏHİMLİ

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...