Modern.az

Anar Məmmədov Vaşinqtonda Gül bayramı təşkil etdi

Anar Məmmədov Vaşinqtonda Gül bayramı təşkil etdi

Təhsil

7 May 2013, 14:28

Kapitoli binası qarşısında açıq havada qurulan səhnə və səsləndirilən Azərbaycan musiqisi amerikalılara Gül bayramı əhval-ruhiyyəsi yaşadıb


Azərbaycan Amerika Alyansının təşkilatçılığı ilə Amerikanın Vaşinqton şəhərində 10 May Gül bayramı təntənəli şəkildə qeyd olunub. Kapitoli binası ilə Vaşinqton Monument abbidəsi arasında yerləşən, National Mall adlanan parkda amerika məktəbliləri, sakinlər və dövlət rəsmilərinin iştirakı ilə keçən mərasim Silkroad Rəqs ansamblının çıxışı ilə başlayıb. Azərbaycan Amerika Alyansının fəxri prezidenti, konqressmen Den Börton qonaqları salamlayaraq keçirilən bayramın tarixindən danışıb.

“10 May Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. O, bir böyük siyasətçi kimi nəinki Azərbaycanın, ümumilikdə dünyanın siyasi tarixində silinməz izlər qoyub. Xoşbəxtlikdən onun müdrik siyasi kursunu övladı, Azərbaycanın prezidenti İlham Əliyev davam etdirir”.
Daha sonra Den Börton Amerikada Gül bayramı keçirilməsinin əhəmiyyətini də vurğulayıb: “Bu, amerikalılar üçün Azərbaycanı tanımağın ən gözəl yollarından biridir. Onlar həm də bu yolla ölkə mədəniyyəti ilə, bayramları ilə tanış olurlar. Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə keçirilən bu tədbir vasitəsilə amerikalılar da 10 May Gül bayramını böyük sevinclə qeyd etdilər”.

Daha sonra səhnəyə dəvət olunan Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov toplaşanları təbrik edərək, Heydər Əliyevin Azərbaycanın həyatında oynadığı müstəsna rolundan danışıb: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin həyatında həlledici, dramatik rol oynayıb. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, qurduğu əsaslı beynəlxalq münasibətlər, elə Amerika ilə güclü dostluq münasibətləri məhz onun uzaqgörən siyasətinin bəhrəsidir”.

Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə Vaşinqtonda keçirilən Gül bayramına dəvət olunanların böyük əksəriyyəti isə uşaqlar və məktəblilər idi. Vaşinqtonun 5 qabaqcıl məktəbinin şagirdləri Azərbaycan, onun dövlət atributları və ümumən Gül bayramı təəssüratlarını özünəməxsus şəkildə ifadə ediblər. Mərasimin keçirildiyi məkan başdan-başa onların əl işləri ilə bəzədilib. Müxtəlif guşələrdə uşaqlar üz-gözlərinin gül rəsmləri ilə boyayaraq əsl canlı çiçəklərə çevriliblər. Gələn qonaqların diqqətini ən çox cəlb edən isə iki böyük rəsm əsəri olub. 4 saat ərzində dayanmadan qrafiti üsulu işləyən 2 rəssam göz önündə Heydər Əliyevin portretlərini canlandırıb.

Bütün tədbir boyunca səslənən Azərbaycan musiqisi sanki hər kəsi Odlar Yurduna aparıb. Amerikalılardan ibarət SilkRoad rəqs qrupunun təqdim etdiyi Azərbaycan rəqsləri isə bayramı bir az da milliləşdirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...