Gəncə şəhərində mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar möhtəşəm Gül bayramı keçirilib. Gəncə şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, təşkil olunmuş Gül bayramında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun idarə heyətinin üzvləri iştirak ediblər. Tədbirin təşkilində milyon yarımdan çox güldən istifadə olunub. Bayramın əsas kompozisiyası Heydər Əliyevin heykəlinin hər iki tərəfində düzəldilmiş xalça seçilib. Gəncə xalçaçılıq məktəbinin xüsusi naxışlarda düzəltdiyi xalçada Heydər Əliyevin yubileyi – 90 rəqəmi də qeyd olunub. Bayramda Gəncə şəhərində fəaliyyət göstərən universitetlər öz sərgilərini nümayiş etdiriblər. Bayramın təşkilindən xarici qonaqlar da çox razı qalıblar. Burada iştirak edən xarici qonaqlar nümayişə çıxarılan əl işlərini çox bəyəniblər. Hətta bunun hazırlanma metodikası ilə tanış olublar.
Bundan sonra beynəlxalq konfrans öz işinə başlayıb. Ümumilikdə tədbirlərdə 100-dən çox qonaq iştirak edib.
Modern.az