Modern.az

Dövlət Komitəsi jurnalistləri mükafatlandırdı

Dövlət Komitəsi jurnalistləri mükafatlandırdı

Təhsil

7 May 2013, 14:51

Bu gün mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda konfrans keçirilib. Modern.az xəbər verir ki, konfransda təhsil naziri Mikayıl Cabbarov, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, müxtəlif dövlət və hökumət nümayəndələri, Azərbaycanda akkreditə olunmuş səfir və diplomatlar iştirak edib. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərli çıxış edərək bildirib ki, müvafiq tədbirlər təxminən 2 ay ərzində keçirilib. Bundan başqa, komitə sədri Heydər Əliyevin dindarlara olan qayğısından danışıb. Konfransda Dövlət Komitəsi tərəfindən Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mini futbol turniri və ağacəkmə aksiyasında fərqlənən dini icmalara mükafatlar təqdim edilib.

Dövlət Komitəsinin “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” adlı məqalə müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib. Müsabiqəyə ümumilikdə 60-dək məqalə təqdim edildiyi deyilib. Məqalə müsabiqəsində qalib gələnlərə Dövlət Komitəsinin müvafiq diplom və mükafatı verilib. 

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...