Modern.az

“Şimşək çaxacaq, yağış yağacaq” – Sabahın havası

“Şimşək çaxacaq, yağış yağacaq” – Sabahın havası

Təhsil

7 May 2013, 14:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında mayın 08-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 21-26, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

 

Aqrometeoroloji şərh

Mayın 07-si günün ikinci yarısından mayın 10-dək Respublikanın rayonlarında temperatur rejiminin aşağı enəcəyi gözlənilir. Yağmurlu, bəzi rayonlarda küləkli hava şəraiti sünbüllənmiş payızlıq dənli bitkilərin yerə yatmasına, təzə formalaşan meyvələrin və üzümlüklərdə hamaşçiçəklərin yerə vurulmasına səbəb ola bilər. Eyni zamanda gözlənilən yağıntılar torpağın nəmliliyini artıracaq, həm tarla bitkilərində, həm də meyvə və üzüm bağlarında inkişafa müsbət təsir göstərəcək.  

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...