Tovuzda ön cəbhədə hərbi hissədə və rayon mərkəzində mərhum dövlət başçısı Heydər Əliyevin 90 illiyi münasibətilə tədbirlər keçirilib. Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov Heydər Əliyevin həyat və yaradıcılığından, zəngin irsindən, xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.
Çıxış edən millət vəkili Qənirə Paşayeva isə bildirib ki, Heydər Əliyevin siyasəti müstəqil Azərbaycanın inkişafına yol açıb. Azərbaycanın getdikcə artan siyasi nüfuzu, dünya ölkələri arasında özünə layiqli yer tutması məhz Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olduğunu deyən millət vəkili Qənirə Paşayeva bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Sonra hərbi xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim edilib. Tovuz rayon mərkəzində də Heydər Əliyevin 90 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, rayon ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir konsert proqramı ilə davam edib.