Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mayın 5-də keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb. Modern.az-ın məlumatına görə, nəticələr TQDK-nın rəsmi internbet saytına yerləşdirilib - //tqdk.gov.az/netsinaq/
Qeyd edək ki, mayın 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Şamaxı, Şəki, Qax, Tərtər, Zərdab, Ağsu, Füzuli, Sabirabad, Neftçala, Astara, Lerik, Gəncə, Goranboy, Göygöl, Qazax, Lənkəran, Ağcabədi, Quba, Şirvan və Göyçay şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonları da daxil olmaqla respublikanın 31 şəhər və rayonunda sınaq imtahanı keçirilib.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb. Qeydiyyatdan keçən 39366 abituriyentdən 19371 nəfəri oğlan, 19995 nəfəri isə qızdır.
Modern.az