Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də İordaniya Kraliçası Ülyahəzrət Nuru qəbul edib.
Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyəti vurğulanıb, Azərbaycan və İordaniya xalqları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd olunub.
Modern.az