ABŞ dövlət katibi Con Kerrinin Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüşü baş tutub. Modern.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, Kerri görüşün detallarını açıqlayıb.
Mətbuata açıqlama verən ABŞ rəsmisi Putinlə Suriya məsələsini müzakirə etdiyini bildirib.
Kerri Putinə Barak Obamanın salamlarını çatdıraraq ABŞ prezidentinin onunla görüşmək istədiyini qeyd edib.
ABŞ dövlət katibi Putinlə Suriya məsələsində maraqlarının üst-üstə düşdüyünü bəyan edib.
Putin də açıqlamasında Obamanın bir müddət əvvəl ona ünvanladığı məktubuna cavab verəcəyini deyərək onunla görüşəcəyinə söz verib.
Modern.az