Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojar jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Cənubi Qafqaza Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılması ilə bağlı səfər etmək niyyətindədir.
“Mən Gürcüstan, Erməsnitan və Azərbaycana səfər etməyi və Azərbaycan və Ermənistan arasında indiki vəziyyət barədə mümkün yolları müzakirə etməyi düşünürəm. Biz başa düşürük ki, vəziyyət o qədər də asan deyil. Biz danışıqlar prosesinə təkan vermək istəyirik və hiss edirik ki, ATƏT xətti ilə artıq Vyana və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” çərçivəsində yaxşı dinamika var”.
Kojara bu əməkdaşlıq çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətinin bir-birilə danışa biləcəyi parlament forumun keçirilməsi haqqında söz açıb.
Aprelin sonunda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanla görüşündə qeyd edib ki, Moskva Dağlıq Qarabağ münqaişəsinin həllində irəliləyiş görmür. Lavrovla razılaşan Edvarda Nalbadyan isə çıxılmaz vəziyyətin olmadığını da bildirib.
Aytən ƏLİYEVA