Modern.az

Baku Steel Company-dən yeni addım

Baku Steel Company-dən yeni addım

8 May 2013, 11:26


Respublikanın metallurgiya sənayesinin inkişafı istiqamətində var qüvvəsi ilə çalışan Baku Steel Company MMC-də yeni istehsal sahələrinin yaradılması, yenidənqurma işləri davam etdirilməkdədir. Zavodda böyük həcmli tikinti-quraşdırma işlərinin aparılmasına da başlanıb. Bununla əlaqədar olaraq BSC, Bakı Poladtökmə ASC-nin nəzdində “Baku Steel Construction” şirkətinin fəaliyyətinə start verib. Baku Steel Company MMC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həm zavoddaxili, həm də digər tikinti-quraşdırma işlərini reallaşdıracaq,  böyük potensial imkanlara malik yeni  yaranan müəssisədə sənaye tikintisi, sənaye təmir tikintisi, mülki tikintilər, metalkonstruksiyanın düzəldilməsi və yerində quraşdırılması, maşın və mexanizmlərin ehtiyat hissələrinin hazırlanması kimi işlərin həyata keçirilməsi nəzərdə tutulur. Yüksək ixtisaslı kadrların cəlb olunduğu “Baku Steel Construction”da  bütün işlər qabaqcıl tikinti quraşdırma texnologiyalarının tətbiqi ilə həyata keçiriləcək.

 Xatırladaq ki, “Baku Steel Construction” daxili tələbatı ödəməklə yanaşı, kənar sifarişləri də yerinə yetirməyi planlaşdırır.   Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama