Modern.az

Sumqayıt, Naxçıvan və Gəncədə də metro tikiləcək

Sumqayıt, Naxçıvan və Gəncədə də metro tikiləcək

8 May 2013, 12:13


Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində metropolitenin yaradılması planlaşdırılır. Modern.az məlumatına görə, bu barədə çərşənbə günü Bakı Metropolitenin rəhbəri Tağı Əhmədovun çıxışına istinadən Bakı Metropolitenin rəsmi saytında xəbər yayılıb.

Əhmədov bildirib: "Azərbaycanda metro tikintisi sahəsində yaxşı gələcək var. Bakı şəhərinin qəsəbələri, Sumqayıt, Gəncə və Naxçıvan sakinlərinin metrodan istifadəsi üçün lazım tədbirlərin görülməsi planlaşdırır".

Qeyd edə ki, hazırda Bakı Metropoliteni 20 illik inkişaf proqramı həyata keçirir. Əhmədovun sözlərinə görə, proqram çərçivəsində 2014-cü ilin may ayında 2, 2016-cı ildə isə 6 metro stansiya istifadəyə veriləcək.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama