Modern.az

Bu rayonlarda müəllimlərin yarıdan çoxu imtahandan kəsilib

Bu rayonlarda müəllimlərin yarıdan çoxu imtahandan kəsilib

15 Dekabr 2022, 10:26

Elə düşünülməsin ki, Azərbaycan müəllimləri imtahanlarda aşağı nəticə göstərib.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

 

"Ümumi nəticəyə baxsaq, görərik ki, müəllimlərin 30%-dən çoxu yüksək nəticə göstərib. Belə ki, 4 müəllimdən 3-nün nəticəsi bizim üçün uğurludur. Amma biri ilə bağlı sualımız var. Ümumilikdə Bakıda nəticələr yüksəkdir. Rayonlarda nəticələrə baxsaq, Samux-Daşkəsəndə müəllimlərin 42%-i uğur qazanıb, bu da o deməkdir ki, 2 müəllimdən biri imtahandan keçə bilməyib", - nazir çıxışında vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir