“Müəllimlərimizin sertifikasiya mərhələsi 4 ildən sonra bitəcək”.
Modern.az xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
“Ümumilikdə saya görə müəllimlərimizin hər biri 4 ildən sonra sertifikasiyadan keçmiş olacaq. Biz nazirlik olaraq müəllimlərin sertifikasiya məsələsinə xüsusi diqqət yetiririk”,- nazir bildirib.