Modern.az

Müəllimi işdən çıxarmaq mexanizmi yoxdur

Müəllimi işdən çıxarmaq mexanizmi yoxdur

15 Dekabr 2022, 13:12

Hazırda məktəb müəllimini işdən azad etmək mexanizmi yoxdur.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən sualları cavablandırarkən deyib.

 

“İki ildir mən nazir olaraq çalışıram. Bu il ərzində neçə direktoru işdən azad etmişəm, amma müəllimi işdən azad etmək mexanizmi yoxdur. Belə olan halda bütün iş sistemimiz iflic olacaq. Həm sizin, həm mənim qəbuluma yazılırlar, şikayət edirlər”, - nazir çıxışında bildirib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir