Modern.az

İranda prezidentliyə ilk qadın namizəd

İranda prezidentliyə ilk qadın namizəd

Təhsil

10 May 2013, 10:52

İranda keçiriləcək  prezident seçkilərinin ilk qadın namizədi qeydiyyatdan keçib. Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, Raziyyə Ümidvar mayın 9-da İranda keçiriləcək 11-ci prezident seçkilərinin ilk könüllü qadın namizədi olub. 

46 yaşlı bu qadının seçki platformasının əsas hədəfləri xalqa xidmət və ölkədə vəziyyətin yaxşılaşdırılmasına  yönəlib.   

Qeydiyyat prosesi mayın 11-dək davam edəcək. İran Daxili İşlər Nazirliyi indiyədək 60-dan çox iddiaçının prezidentliyə namizədliyini qeydiyyata alıb.

İranda 11-ci prezident seçkiləri 2013-cü il mayın 14-də keçiriləcək.


Aqşin Kərimov
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama