Modern.az

“Suriyada döyüşən azərbaycanlılar Azərbaycan üçün təhlükə yaradır”- RƏY

“Suriyada döyüşən azərbaycanlılar Azərbaycan üçün təhlükə yaradır”- RƏY

Təhsil

10 May 2013, 12:30

Bir müddət öncə Suriyada döyüşən və öldürülən azərbaycanlıların fotoları yayılmışdı. Növbəti dəfə isə Suriyada Bəşər Əsəd rejiminə qarşı hərbi birləşmələrin tərkibində iştirak edən Azərbaycan  vətəndaşının müraciəti yayımlanıb. “Youtube”-da yayımlanan videoda azərbaycanlı dindarları və müsəlmanları cihada çağırır. Müharibə şəraitində olan Azərbaycan üçün bu tendensiya hansı təhlükə yarada bilər? Bu durum beynəlxalq terror təşkilatlarının Azərbaycanda siyasi  təsir imkanlarının geniş olmasından xəbər verirmi? Modern.az bu və digər suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb.

Qəribə situasiya

Siyasi təhlilçi bildirib ki, dünyanın müxtəlif müsəlman ölkələrindən Suriyada gedən vətəndaş müharibəsinə qatılanlar var. “Bəziləri Bəşər Əsəd rejimi tərəfdən müxalifət qüvvələrinə qarşı vuruşur. Bu siyahıya İranda SEPAH        -a bağlı qüvvələr daxildir. Digər müsəlman ölkələrindən gedənlər isə müxalifət sıralarında yer alırlar. Burda da çox radikal qruplar var. Bura “Əl Qaidə”yə bağlı qruplar, ərəb ölkələrindən olan könüllülər aiddir. Hətta Türkiyədən də Bəşər Əsədə qarşı döyüşənlər mövcuddur”.

“Yaddan çıxdı Qarabağ”-vətəndaşlarımız bir-birini qırırlar.

Politoloq müharibə şəraitində yaşayan ölkəmizin vətəndaşlarının Suriyada döyüşmələrini təəssüflə qeyd etdi. “Bizim torpaqlarımız işğal altındadır. Ermənilərlə məsələni həll etmək əvəzinə azərbaycanlılar faktiki olaraq Suriyada bir-birinə qarşı savaşırlar. Maraqlısı odur ki, həm müxalifət, həm də Bəşər Əsəd qüvvələri sıralarında döyüşən azərbaycanlılar var. Suriyada azərbaycanlı öz soydaşına güllə atır. Bu çox dəhşətli mənzərədir. Mən müxtəlif kanallardan məlumat almışam ki, Suriyada müharibədə iştirak edənlərin sayı yüzü keçib”

Hansı üzlə qayıdacaqsız Azərbaycana?

Mərkəz rəhbəri onu da əlavə edib ki, Azərbaycanda bu cür çağırışlara hay verənlər var. “Bu nəticəyə gəlmək olar ki, terror qruplarının Azərbaycanda müəyyən təsir imkanları mövcuddur. Məhz ona görə bu tip videoları yayırlar ki, tərəfdarlarının sayını çoxaltsınlar. Burada həmin terror təşkilatlarının “xoş niyyəti” də ola bilər. Həmin qruplar Azərbaycana təhlükə yaratmağa çalışırlar. Çünki Suriyada vətəndaş müharibəsi bitəndən sonra orda döyüşən vətəndaşlarımızın Azərbaycana necə və kimin təsiri altında qayıdacaqları sual altındadır. Bu ciddi məsələdir və bizim üçün təhlükəyə çevrilə bilər”-deyə vurğulayıb.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama