Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərin ünvanına səsləndirdiyi aşağılayıcı fikrinə aydınlıq gətirib. Modern.az-ın məlumatına görə, Bakıda keçirilən Gül bayramında jurnalistlərə açıqlama verən Bakı meri bildirib:
“Jurnalist var ki, özünə hörmət edir. Jurnalist var ki, cibinə hörmət edir. Jurnalist də var ki, nə özünə, nə də cibinə hörmət edir. Əlbəttə ki, mənəviyyatsız jurnalist görəndə, qəbirdəki ölü görürəm”.
Qeyd edək ki, H.Abutalıbov “Azadlıq” radiosunun əməkdaşının sualından yayınaraq “jurnalist görəndə qəbirdə ölü görürəm” deyə təhqiramiz ifadə işlətmişdi.
Modern.az