Modern.az

Nazirliyə 845 nəfər şikayət edib

Nazirliyə 845 nəfər şikayət edib

10 May 2013, 12:58

Səhiyyə Nazirliyinin Qaynar xətt (9103) xidmətinə 2013-cü il mart-aprel aylarında 845 müraciət daxil olüb. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərin 601-i (82-si əsaslı, 396-sı isə əsassız, 123-ü cari problemlərlə bağlı şikayət), 26-sı - aidiyyəti üzrə deyil, 218-i sorğu xarakterli olub.

Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama