Modern.az

“Qış bulvarı” istifadəyə verildi

“Qış bulvarı” istifadəyə verildi

10 May 2013, 13:19

Mayın 10-da Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa edilən yeraltı avtomobil dayanacağının üstündəki istirahət park kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısının diqqətinə çatdırıb ki, yeni salınan bu kompleks şəhərin içərisində ən böyük parkdır. Bildirilib ki, 7 hektar ərazisi olan parkın 29 min kvadratmetrlik sahəsinə qranit plitə döşənib. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə asfalt örtük salınıb. Kompleksin 35 min kvadratmetrlik ərazisi yaşıllaşdırılıb.
Bildirildi ki, parkda ən müasir tələblərə cavab verən 5 fəvvarə inşa olunub.

Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama